♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 30-05-2016, 21:30

Bilirəm Mən Artıq Sənsiz Qalmışdım

Bilirəm Mən Artıq Sənsiz Qalmışdım

Mövsüm payız, Mövsüm Sənsizlik,
Mövsüm Hüzn….
Bu gün yenə qoxunu gətirdi külək və uzaqlara budaq idi gözlərəm…
Ey həsrəti dayanmayanım mən səni çox sevmişəm bunu bu gün anladım yenə.
Küçələri həsrət iy verən bu şəhərin küçələrində getdim bu gün,
Və addımlarımda həsrət,addımlarımda həsrət, addımlarımda sənsizlik vardı..
Uzun İllər Oldu Bu Küçələri Addımlamayalı…
Bəlkə Cəsarətim yox idi bu iqlimin havasını tənəffüs etməyə
Bəlkə də sənsizliyin ağrısı idi məni buralardan uzaq tutan..
Bəlkə də Heç bitməyəcək bir həsrətin
Sızısı idi..
Toxunmağa Qıya bilmədiyim Sənin Üçün Çox
Darıxdım Bilirsənmi..
Səni Gözyaşlarıma Gizlədim Sevgili.
Bəlkə Bir Gün Dayanarsan Deyə.
Amma Gözyaşlarım Heç Dinmədiki..
Hər Axşam olduğunda Ovuclarıma Götürdüm
Üzümü Və Səni Arzuladım
Ağladım….
Sarıldım Həsrətinə və Yenə Ağladım.
Bilirəm Bitməyəcəkdi Həsrətin.
Bilirəm Mən Artıq Sənsiz Qalmışdım.

Səni Sevmək Yaşamaq idi Mənim Üçün.
Amma Getdin Sevgilim, Məni Nəfəssiz Buraxdın.
Səninlə Döyüşməyi Darıxdım,
Sənə söz sevgilim artıq ağlamayacağam içimi çəkərək və söz verirəm sənə bir daha qışqırmayacağam adını gecənin qaranlığına…
Bu Gecə Son Dəfə Sarılacağam Həsrətinə
Və İçimdəki Həsrətini götürüb Gedəcəyəm Gözyaşım, İçimin Qanayan Yarası.
Sənsiz Yaşamaq Çətin Gəlir Sevdiyim Çətin Gəlir Sənsiz Nəfəs almaq.
Halal Et Haqqını Sevgilim Bu Gecə Sənsiz Olmaqdansa Bu Gecə Sonsuz Olacağam Və Demişdim Sevgilim Artıq Ağlamayacağam..
Bax Bağlandı Gözlərim Son Dəfə Xəyalda Olsa Gözlərinə baxaraq. Bağlandı
Amma Bu Dəfə Heç Açılmamaq Üzrə
Səni Çox Sevirəm. Məni Əsla Unutma Ürəyimin Sızısı,
Bir Payız Axşamı idi Yarpaqlar Tökülürdü Üzərimə, Bağlamışdım Gözlərimi Ağılımda Yalnız Sən Var idin, Gözlərimdə Yalnız Sən.
Bir Səs Böldü Gecəni Bir Qışqırıq Sevirəm Səni Demişdim Son Dəfə Qurumuş Yarpaqları İsladan Gözyaşlarımla…
Sonrasını Xatırlamıram Çünki
Mən Çoxdan Ölmüşdüm...


Bilirəm Mən Artıq Sənsiz Qalmışdım

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
703 727 696 589 611 727

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.