reklam
Nə qədər hələlik dedimsə o qədər geri dönmüşəm Nə qədər hələlik dedimsə o qədər geri dönmüşəm http://take.az/uploads/posts/2016-05/thumbs/1464333230_kr1irfdf-ty.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 30-05-2016, 21:30

Nə qədər hələlik dedimsə o qədər geri dönmüşəm

Nə qədər hələlik dedimsə o qədər geri dönmüşəm

Toxuna bilmədim sənə. Barmaq uclarım neştər idi çünki. Qırılan bir sümüyün səsiylə vida edərkən,
Bir səbəbi yox. Yalnız öpdüm."



səbəbmi hər kəsin gözlərinə baxıram
itirdiyim ünvanı başqalarında axtarıram
müşahidə edərəmə boşluğun tərəfindən mil çəkilmiş
dilim dodaqlarımda məhbus
və kilometrlər boyu bağlı ürəyinin sərhədləri...
yoxsan
sevgilim
əslində mən;
itirdiyim özümü
sənin buraxdığın şəhərlərdə axtarıram...

Boğazıma düzülmüş sözləri söyləmədən, qışqıra bilmədən, içimə ataraq… Bir bilsələr susan birinin gözlərində çuvallar dolusu söz olduğunu, Və yenə bir bilsələr söz tükənmişsə ən gözəl cavabın olduğunu…


‎'Acı,hissiyətini qabıqlaşdırır insanın. Ölmək yəqin
bu. Ayrılığa alışmış kimiyəm. təvəkkül, təslimiyyət. Və
həyəcanların gün keçdikcə qaralan parıltısı. Vərdişlərin
insanı bəs idilə çevirən çarxı. Artıq yanaraq deyil, tüstüləyərək
yaşayıram. Nəmli bir tomar kimi. Qanadlarım hər gün bir
parça daha ağırlaşır. Yəqin qocalıram.

... bir dəfə daha keçsəm ömürümün dayanacaqlarından, deyirəm. Hər dayanacaq yeni bir yol. Bir dəfə daha o kiçik qız olsam deyirəm. Başında, albalılı həsir şapkası, kürəyində volanlı çəhrayı paltarı. Corabları ağ və təmiz. Anasının əlindən tutmuş, o kiçik və itaatkar, yaxşı yetişdirilmiş və dinc qız uşağı olsam...

Nə qədər hələlik dedimsə o qədər geri dönmüşəm.
Neçə dəfə geri döndümsə
O qədər də hələlik demişim.
Hərəkətsizmişəm.
Yalnız müşayiətçiymişəm...


Nə qədər hələlik dedimsə o qədər geri dönmüşəm

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 363 377 348 295 364

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.