♥Мой Мир♥

♥Мой Мир♥ Hekayələr 30-05-2016, 21:30

Gecikmiş sevgilər

Gecikmiş sevgilər

Daha hələ 18 yaşındaydı, amma həyatının sonundaydı. Müalicəsi mümkün olmayan ölümcül bir xərçəngə tutulmuşdu. Qəhər içində evə bağlamışdı özünü ... Küçəyə çıxmırdı. Anası, bir də özü. O qədərdi bütün həyatı...

Bir gün pis sıxıldı, dözə bilmədi, atdı özünü küçəyə... Bir yığın vitrin qarşısından keçdi, tam bir CD satan dükanı da geridə buraxmışdı ki, bir an dayandı, geri döndü, qapıdan içəri, gözünə xəyal meyal ilişən gənc qıza bir daha baxdı. Öz yaşlarında gözəl bir gənc qız idi satıcı... Hanı, ilk baxışda eşq deyərlər ya, elə ilişib qalmışdı işdə ... İçəri girdi. Qız, gülümsəyərək qaçdı ona; "Sizə necə kömək edə bilərəm?" deyə. Necə bir gülümsəmək idi o... Dərhal oracıqda sarılıb öpmək istədi qızı ... Kəkələdi, özünü itirdi, sonra "Bəli!" deyə bildi. Təsadüfi birini işarə edərək; "Bəli, bu CDi mənə sata bilərsinizmi?" dedi. Qız CDi aldı, içəri getdi, az sonra paketli geri gəldi. Gənc qızdan aldı paketi, çıxdı dükandan, evinə döndü. Paketi açmadan şkafına atdı ... Ertəsi səhər yenə getdi eyni dükana .. Yenə bir CD göstərdi qıza, sardırdı, aldı evə gətirdi, atdı paketi şkafa yenə açmadan ...
Günlər həmişə alınıb, sardırılan CDlərlə keçdi. Qıza açılmağa heç cür cəsarət edə bilmirdi. Anasına açıldı sonunda ... Anası; "Get danış oğlum, nə var bunda?" dedi. Ertəsi səhər, bütün cəsarətini yığdı, erkəndən dükana getdi. Bir CD seçdi. Qız gülərək götürdü CD-ni, arxaya getdi qablaşdırmağa. Qız içerdeyken bir kağıza "Sizinlə bir gecə çıxa bilərikmi?" deyə yazdı, altına telefon nömrəsini əlavə etdi, qeydi kassanın yanına qoydu gizlicə. Sonra, paketi alıb qaçdı yenə dükandan... İki gün sonra evin telefonu çaldı ... Ana açdı telefonu. Dükkândaki satıcı qız idi axtaran. Cavanı istədi, qeydini yeni tapmışdı da ... Ana ağlayırdı ... "Eşitmədim mı?" dedi. "Dünən itirdik oğlumu."
Cənazədən bir neçə gün sonra ana, oğlunun otağına girə bildi sonunda. Ortalığı səliqəyə salmalı idi. Dolabı açdı, ora atılmış bir yığın açılmamış paket gördü. Paketleri aldı, oğulunun yatağına oturdu və bir dənəsini açdı. İçində bir CD vardı, bir də kiçik qeyd ... "Salam, sizi elə şirin bildim ki, daha yaxından tanımaq istəyirəm. Bir axşam birlikdə çıxaq mı? Sevgilərlə ..."

Ana, bir paketi daha açdı, onda da bir CD və bir qeyd vardı: "Siz həqiqətən çox şirin birisiniz, hadi məni bu gecə dəvət edin, artık. Sevgilərlə ... "

Dostlar,sizdə sevginizi bəlli etməydə və "o"na bildirməydə gecikməyin.


Gecikmiş sevgilər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
683 704 588 570 606 644

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.