_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 13-08-2018, 17:35

Ən böyük kompaniyalardan biri bütün reklamlarını “YouTube”dan yığışdırdı

Ən böyük kompaniyalardan biri bütün reklamlarını “YouTube”dan yığışdırdı


"Mars" korporasiyası bütün reklamlarını, "Starburst" brendinin markasının reklamının "Moscow17" rep-qrupun videosunda çıxdığına görə "YouTube"dan geri çəkib.

şirkətin nümayəndəsi deyib ki, şübhəli məzmunda reklamın yerləşdirilməsi qəbuledilməzdir və məyusluğa səbəb olur:

"Google" lazım olan təminatı verməyənə qədər, "Mars" "YouTube"da reklamlarını yerləşdirməyəcək. Bu bizim marka təhlükəsizliyimiz ilə bağlı olan boşluğu göstərir. "Mars"ın reklamları heç bir halda belə məzmunun yanında bir gələ bilməz.

"YouTube"dakı bütün onlayn reklamları geri çəkmək üçün şirkət olaraq hərəkətə keçdik və nəyin yanlış getdiyini araşdırmaq üçün isə "Google" və media satınalma agentlikləri ilə əməkdaşlıq etdiyimizi də təsdiq edə bilərik", - deyə açıqlamada deyilib.

Drill Repin nümayəndələrindən biri deyir ki, "Moscow17"un iştirakçılarının adı daha çox qruplaşmalarda hallanır. Drill-musiqiçilərin mətnləri, əsasən soyuq silahla hücumlara və müxtəlif cinayətlərə həsr edilib. Keçən həftə Böyük Britaniyanın paytaxtında "Incognito" (Siddik Kamara) reperi öldürülmüşdü. BBC bildirir ki, "Moscow17" iştirakçısı olan Eynsvort Barton may ayında həmin rayonda vurulub. "Moscow17" məntnlərində Rusiyaya çox atmacalar var, reperlər özlərini rus və öz şəhərlərini isə Moskva adlandırırlar. Qrup üzvləri özlərini Rusiyada cinayət və zorakılığın yayılma dərəcəsi haqqında streotiplərlə assosiasiya edirlər.

Xatırladaq ki, "YouTube" ilə bağlı oxşar problem ilk deyil. Daha əvvəl platforma HSBC, "McDonald's", "L'Oreal", "Audi" markalarla da belə problemlər yaşamışdı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
489 584 553 540 504 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.