_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 14-08-2018, 08:53

253 milyon nəfər Apple Pay-dən istifadə edir

253 milyon nəfər Apple Pay-dən istifadə edir


"Apple Pay" ödəniş xidməti sürətlə populyarlaşaraq "Apple"ın xidmət biznesinin inkişafında vacib istiqamətlərdən birinə çevrilir, "Loup Ventures" investiya şirkətinin həmtəsisçisi və "alma" şirkətinin məhsulları üzrə tanınmış analitiklərdən biri olan Gene Manster belə hesab edir.

Mütəxəssis dəfələrlə bildirib ki, xidmət istiqaməti "Apple"ın gələcək uğurunu təminidir. Korporasiyanın rüblük nəticələri də bunu təsdiq edir: 30 iyun 2018-ci il tarixində bitən üç aylıq hesabat dövrü üçün "Apple"ın xidmət gəliri ötən illə müqayisədə 33% artaraq 9,5 milyard dollara yaxınlaşıb.

"Hazırda 24 ölkədə "Apple Pay" ödənişləri keçərlidir və tezliklə Almaniya da bu ölkələrin siyahısına qoşulacaq. Biz hesab edirik ki, "Apple Pay" ödəniş xidmətinin istifadəçi bazası təxminən 253 milyon nəfər təşkil edir, bunun da 215 milyonu beynəlxalq auditoriya, 38 milyon isə ABŞ-dan olan istifadəçilərdir" - analitik deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 540 538 539 491 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.