_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 14-08-2018, 12:21

Süni intellekt şəxsiyyəti müəyyənləşdirəcək

Süni intellekt şəxsiyyəti müəyyənləşdirəcək


Google şirkəti sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən sistem üçün patent hüququ alıb.

Patentin təsvir olunduğu sənədlərdə qeyd olunur ki, istifadəçi "Google Images" servisinə bir şəxsin fotoşəklini yüklədikdən sonra süni intellekt onun bütün sosial şəbəkə profillərini (o cümlədən gizlədilənləri), əsl adı, ev ünvanı, iş yeri və sevimli məşğuliyyətini tapacaq.

Ekspertlərin fikrincə, sistem istənilən şəxsə izləmə təşkil etməyə və insanların azadlığını pozmağa imkan verəcək. Servisin xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanacağı ilə əlaqədar olaraq, məhsulun son versiyasının təqdim edilməyəcəyi bildirilib.

Axtarış sistemi yalnız fotoşəkil və məlumatları nəzərə almayacaq, eyni zamanda şəxsi ümumi dostları və ya maraqları olan digər insanların profillərində axtaracaq. Google mütəxəssislərinin sözlərinə görə, süni intellekt insanı 100 faiz dəqiqliklə müəyyənləşdirə biləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
698 696 689 680 796 724

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.