_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 14-08-2018, 14:23

Xiaomi özünün Poco subbrendini təqdim etdi

Xiaomi özünün Poco subbrendini təqdim etdi


Xiaomi Poco adlı subbrend haqqında məlumatlar daha öncə internetdə yetəri qədər yayılmışdı. İndi isə Xiaomi şirkəti bu subbrendi rəsmi olaraq Hindistanda anons etdi. Poco adlı yeni subbrend şöbəsinə Jai Mani başçılıq edəcək. O daha öncə Google şirkətində çalışıb. Şirkət qlobal bazarda satılacaq smartfonların istehsalı ilə məşğul olacaq.

Subbrendin əsas məqsədi isə güclü və bahalı olmayan smartfonların istehsalıdır. Şirkətin yeni subbrendinin istehsal edəcəyi ilk smartfon modeli isə Xiaomi Pocophone F1 olacaq. Bir sıra məlumatlara əsasən sözügedən smartfon 6 inç Full HD+ ekran, Snapdragon 845 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun təqribi qiyməti isə 430 avro olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 539 536 518 566 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.