♥Мой Мир♥

♥Мой Мир♥ Hekayələr 31-05-2016, 08:30

Qətl

Qətl

Yolkəsənlər karvana hücum edirdilər. Hərə bir yandan şığıyırdı. Bir quldurun üzü lap qorxunc idi. Gözləri hədəqəsindən çıxmışdı. Elə bil ona baxdığımçün daha da qəzəblənmişdi. Yazıq dəvəçi isə dəvəsini elə həvəslə dartırdı ki, sanki bu qaniçənin əlindən qurtara biləcək. Daha nə bilsin ki, var-yoxunu da versə canını satın ala bilməz. Hücum edənin gözlərindəki parıltıdan hiss olunurdu ki, fikrindəki təkcə dəvənin yükü deyil. Ona lazımdı ki, necə güclü oldugunu hamıya—təkcə qarət olunanlara yox, öz quldur dostlarına da sübut etsin. Qarşısındakı məzlumu öldürməsə olmaz. Mütləq öldürəcəkdi. Amma nə yaxşı ki bu qətli mən görməyəcəyəm. Rahat nəfəs aldım. Nə yaxşı ki hər gün baş verən minlərlə qətli mənə göstərmirlər. Nə yaxşı ki bu rəssam da bura qədər çəkib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
689 634 660 590 608 669

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.