AzizA

AzizA Mətbəx 21-08-2018, 11:05

Kəsmikli albalılı piroq

Kəsmikli albalılı piroq


Ərzaqlar:

500 q albalı, 200 q qurabiyə, 100 q kərə yağı, 400 q kəsmik, 400 q xama, 1 st şəkər tozu, 1 paket vanil, 50 q albalı jelesi, 1 paket jelatin ya da tartjole

Hazırlanması:

Qurabiyəni blenderdən keçiririk.Yağı əridib üstünə töküb qarışdırırıq.Diametri 26 sm olan qaba kalka kağızı sərib tökürük və yayıb bərkidirik.Soyuducuya qoyuruq.
İçlik üçün jele ya da jelatini üstündə yazılan kimi hazırlayırıq.
Dərin bir qaba kəsmiyi, xamanı, şəkər tozunu və vanili töküb çalırıq.
Sonra üstünə ilıq jelatini töküb tam qarışanadək çalırıq.
Qabı soyuducudan çıxarıb içinə töküb yayırıq.Yenidən soyuducuya qoyuruq.
1-2 saat sonra üstü üçün jeleni hazırlayırıq. Üstü üçün jeleni hazırlayarkən albalının tumunu çıxardıb çıxan suyunu götürürük.
Su 1 st olmazsa üstünə su əlavə edirik. 1 st suyu qazana töküb qaynayana qədər istidirik. Sonra jelatin paketini açıb tökürük. Əriyənədək qarışdırırıq. Ocaqdan alırıq.
Qarışığ ilıq olanda albalıları üstünə düzüb jeleni tökürük. Yenidən soyuducuya qoyuruq. 1-2 saat sonra piroqu çay süfrəsinə verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 552 518 545 425 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.