CLoseYourEyeS

CLoseYourEyeS Sevgi / Şeirlər 23-08-2018, 16:42

Nigaran olma

Nigaran olma


Elə yaşamışam xəyal ilə mən
Bu mənsiz özümdən nigaran olma
Günahkar görmədim heç düşünmə sən
Hər qəmli sözümdən nigaran olma
Nigaran olma

Yanan ürəyimdə ümüd qovrulsa
Tükənsə atəşim külüm sovrulsa
Bir gün bir özgə səni ovutsa
Alışmaz közümdən nigaran olma
Nigaran olma

Günümün yaddaşı nifrətin olub
Mənə əmanətin həsrətin olub
Bəzən döz deyən söhbətin olub
Nə tabdan dözümdən nigaran olma
Nigaran olma

Sanmaki divanə gileyli qəmdir
Nə səni ağladıb nə incidəndir
Üzümdə parlayan sevincli nəmdir
Ağlayan gözümdən nigaran olma

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
660 542 543 523 613 566

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.