Esmeralda

Esmeralda Azərbaycan 25-08-2018, 19:09

Füzuli şəhəri barədə

Füzuli şəhəri barədə


Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər. Füzuli rayonunun mərkəzi. 1827-ci ildə şəhər statusu almışdır.[2] Hal-hazırda Ermənistan ordusunun işğalı altındadır. Bakı ilə arasında məsafə 310 km-dir. 1993-cü ildən Füzuli əhalisi qaçqınlıq həyatı yaşayır.

Tarixi
Qarasu və Araz çaylarının qovuşduğu yerin yaxınlığında, viran olmuş Qarabağ şəhərinin xarabalıqları həndəvərində Quruçayın sağ sahilində Qarabulaq adlı bir məskən yarandı. 1959-cı ildən həmin yaşayış məntəqəsi şəhər statusu aldı və Azərbaycanın dahi şairi və mütəfəkkiri, Azərbaycan bədii nəsrinin banisi Füzulinin adını daşımağa başladı.

Abidələri
Burada Qarğabazar kəndində karvansara (1684-cü il), Hacı Qiyasəddin məscidi (1682-ci il) yerləşir. Diyardakı abidələr arasında üç türbə xüsusilə seçilir: Əhmədlilər, Babilər və Mirəli türbələri. Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi Baylakandan (Beyləqandan) Bərdəyə gedən köhnə yolun yaxınlığındadır.

Məşhur Azıx və Tağlar mağaraları Füzuli rayonunun ərazisindədir. Həmin mağaralarda ibtidai insanların məskənləri aşkar edilmişdir. Köndələnçayın sıldırım sahilində Qaraköpəktəpə yaxınlığında da qədim insan məskəni olmuşdur. Burada daşdan düzəldilmiş əmək alətləri, silahlar, bəzək əşyaları, çoxsaylı keramik və metal məmulatlar tapılmış, qədim tikililərin qalıqları aşkar edilmişdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
849 823 851 789 877 671

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.