_Uğurböceyi_

_Uğurböceyi_ Hekayələr 28-10-2018, 18:55

Burax Artıq Yaxamı Cənab Burax Yazmayım Daha

Burax Artıq Yaxamı Cənab Burax Yazmayım Daha
Burax Artıq Yaxamı Cənab Burax Yazmayım Daha




..Əvvəl hər ehtimala qarşı cibimdə bir-iki ümid qırığı saxlayardım,
indi ciblərim də boşalıb,
sağ əlim ayrı darıxır, solum bir ayrı.
İndi bütün darıxmaqlar bayağı, yoxluğun adi haldır
İndi bütün şeirlərin sonu ismin çıxışlıq halındadır,
bütün şeirlər çıxıb getməkdən danışır.
Amma mən hər dəfə israrla səndən danışıram ancaq,
bütün müqəddəs kitabların ölümdən danışdığı kimi.
..Əllərim əsrinə çevrilir get-gedə, cənab
Fikirlərim darmadağın
Nə desəm sənə gəlib çıxır, beynim işğal altındadır sanki,
Laçın kimi.

Burax artıq yaxamı, cənab
Burax yazmayım daha
Nə məcburdu axı hər cümlədə tanrıdan qabaq çəkilsin adın?
Nə məcburdu tanrılaşmaq, nə məcburdu olmamaq,
bu nə yoxluqdur axı,cənab?
içində özüm də yoxa çıxıram..
Bu nə yaşamaqdır belə, nədir bu yaşadığım?
Toxunmasam bədənimə, az qala mücərrədəm deyəcəm
Toxunma,cənab
toxunma sən də mənə, çək əllərini hisslərimdən
Bilirəm, tək olanda özümü lap it kimi aparıram mən,darıxmaq əvəzinə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
572 599 535 638 541 582

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.