Ana olan Oksana bu paylaşımlarla nə demək istəyir? - Banka, pişik...

Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova ötən gün ana olub.

Axşam.az-ın məlumatına görə, sənətçinin oğlu dünyaya gəlib. Xəbər sosial şəbəkələrdə və saytlarda sürətlə yayılıb. Hər kəs ailə qurmayan rəqqasənin ana olmasını müzakirə etsə də, o, susqunluğunu pozmayıb.

Hamiləliyi ortaya çıxan gündən susan və İnstaqramında həyatı ilə bağlı hər zamankı paylaşımlarını edən Rəsulova bu ənənəsini ötən gecə də pozmayıb. Belə ki, uşaq dünyaya gələndən sonra Oksana İnstaqramın “story” bölməsində əvvəlcə pomidor bankası hazırladığını, qışa hazırlıq gördüyünü yazıb. Daha sonra isə pişik şəkli yayımlayıb. Bununla kifayətlənməyən Rəsulova keçmiş fotolarını paylaşaraq linza reklam edib. Sənətçi hər kəsi ana olması xəbərinin yalan olduğuna inandırmağa çalışıb.Qeyd edək ki, rəqqasə hamiləlik xəbəri çıxandan sonra mediaya açıqlama verməkdən qaçıb. O, heç bir zəngə cavab verməyib, hətta Bakıdan da köçərək, rayonda yaşamağa başlayıb.
Bir müddət əvvəl isə Oksana 1 ildir sevdiyi şəxs olduğunu, gizlin ərə getdiyini açıqlayıb. Onun bu açıqlaması isə çoxlarını təəccübləndirib. Çünki Oksana ötən qış, yəni bir neçə ay əvvəl keçmiş həyat yoldaşı reper Elşad Xose ilə mehriban münasibət qurmuşdu. Rəqqasə hətta “Maşın” şouda olan Elşada hər gün dəstək olurdu. Yazda isə onlar arasında qalmaqal yaşanmış, Elşad Oksananı bıçaqla hədələmiş və sənətçi reperi polisə şikayət etmişdi.


Ana olan Oksana bu paylaşımlarla nə demək istəyir? - Banka, pişik...





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
620 616 633 553 610 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.