Sənin Ağlın Nə Kəsir!?


Bir gül verirəm sənə...
Bir gül - bir sevən ürək!
Bir qırmızı qızılgül
əlimdədir, əl əsir...
Sevən mənəm, yanan mən,
Sənin ağlın nə kəsir?!

Bir qızsan ki, səninçün
həyatımı verərəm!
Hələ bu nə deməkdi?
- yollarında ölərəm!
Əgər çatsam arzuma,
qollarında ölərəm!
Gülürsən ürəyində..
Sənin ağlın nə kəsir?!

Bu görüş bizim deyil,
Bu görüş yollarındı.
Kəsmişəm qabağını,
Bağlanıb yollar indi...
Göyə mümkünsə çıxış,
Çıxış yalnız mənimdir!
Mən qurmuşam qəfəsi,
Sənın ağlın nə kəsir?!

Cavab yoxdu sevgiyə...
Nəyin cavabı var ki?!
Qəlbimin ağrısını
Sinən necə duyar ki?!
Axı, heç sevməmisən,
Sevən elə yanar ki...
Ürək yenə tələsir...
Dolaşdı dil dodağa,
Sənin ağlın nə kəsir?!

Həyəcanım görünən
eybim olsun, bağışla!
Görünməyən, olmayan
eybimi vurma üzə!
Sənsiz olan gecəyə,
Sənsiz olan gündüzə
Vüsal ömürlük küsüb,
Azar salıb canına,
Sənin ağlın nə kəsir?!

Yuxumda da rahatlıq
vermir həsrətin mənə,
Orda da indiki tək
əsəbi görünürsən.
Bilmirsən ki, mən necə
vurğun olmuşam sənə,
Bilmirsən, bilmək üçün
cəhd belə etməmisən!
Gözümün nuru olub
gözümü görməmisən...
Nə dərdin yiyəsiyəm,
Sənın ağlın nə kəsir?!

Sevmək hörmət azaldır?!
Kimdir hörməti atan?!
Kimdir ən hörmətli kəs,
Kimdir eşqi yan tutan?!...
Mənsubluğun nişanı?
Cəmiyyətin məramı?
Və ya sevməyənlərin
tənhalıq panoramı?
Özünə bax, mənə bax,
Nəyi bilirsən ki, sən?
Hələ uşaqsan, uşaq,
Sənin ağlın nə kəsir?!

Dünyanı bombalayan,
dünyanı güllələyən,
Ətrafa nifrət edib
həyata kül ələyən,
Həyata heyran olub
ömrünə gül ələyən,
Insan özüdür, özü...
Nədir bu çəkdiklərim,
mən də bilmirəm, düzü...
Elə sənə deyirəm,-
- "Sənin ağlın nə kəsir?!"

Bir gül - bir sevən ürək!
Bir qırmızı qızılgül
əlimdədir, əl əsir...
Sevən mənəm, yanan mən,
Sənin ağlın nə kəsir?!

Bir qızsan ki, səninçün
həyatımı verərəm!
Hələ bu nə deməkdi?
- yollarında ölərəm!
Əgər çatsam arzuma,
qollarında ölərəm!
Gülürsən ürəyində..
Sənin ağlın nə kəsir?!

Bu görüş bizim deyil,
Bu görüş yollarındı.
Kəsmişəm qabağını,
Bağlanıb yollar indi...
Göyə mümkünsə çıxış,
Çıxış yalnız mənimdir!
Mən qurmuşam qəfəsi,
Sənın ağlın nə kəsir?!

Cavab yoxdu sevgiyə...
Nəyin cavabı var ki?!
Qəlbimin ağrısını
Sinən necə duyar ki?!
Axı, heç sevməmisən,
Sevən elə yanar ki...
Ürək yenə tələsir...
Dolaşdı dil dodağa,
Sənin ağlın nə kəsir?!

Həyəcanım görünən
eybim olsun, bağışla!
Görünməyən, olmayan
eybimi vurma üzə!
Sənsiz olan gecəyə,
Sənsiz olan gündüzə
Vüsal ömürlük küsüb,
Azar salıb canına,
Sənin ağlın nə kəsir?!

Yuxumda da rahatlıq
vermir həsrətin mənə,
Orda da indiki tək
əsəbi görünürsən.
Bilmirsən ki, mən necə
vurğun olmuşam sənə,
Bilmirsən, bilmək üçün
cəhd belə etməmisən!
Gözümün nuru olub
gözümü görməmisən...
Nə dərdin yiyəsiyəm,
Sənın ağlın nə kəsir?!

Sevmək hörmət azaldır?!
Kimdir hörməti atan?!
Kimdir ən hörmətli kəs,
Kimdir eşqi yan tutan?!...
Mənsubluğun nişanı?
Cəmiyyətin məramı?
Və ya sevməyənlərin
tənhalıq panoramı?
Özünə bax, mənə bax,
Nəyi bilirsən ki, sən?
Hələ uşaqsan, uşaq,
Sənin ağlın nə kəsir?!

Dünyanı bombalayan,
dünyanı güllələyən,
Ətrafa nifrət edib
həyata kül ələyən,
Həyata heyran olub
ömrünə gül ələyən,
Insan özüdür, özü...
Nədir bu çəkdiklərim,
mən də bilmirəm, düzü...
Elə sənə deyirəm,-
- "Sənin ağlın nə kəsir?!"







