_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 12-09-2018, 22:14

İstifadəçilər "WhatsApp"-da ediləcək son dəyişikliklərdən şoka düşəcək

İstifadəçilər "WhatsApp"-da ediləcək son dəyişikliklərdən şoka düşəcək


Məxfilik məsələlərinə böyük önəm verən istifadəçilər "WhatsApp" messencerində ediləcək son dəyişikliklərdən şoka düşəcək.

"WhatsApp"ın tərtibatçıları messenceri yeniləməyə qərar verib. İstifadəçilər artıq fərdi məlumatların mühafizəsi ilə bağlı narahatçılıq doğuran böyük dəyişikliklər barədə xəbərdar edilib.

"WhatsApp"ın yeni siyasətinə görə, hakerlər istifadəçilərin məxfi yazışması, foto və video fayllarına giriş imkanına malik olacaq. Dəyişikliklər "Google" və "WhatsApp" arasında imzalanmış sazişin bir hissəsidir.

Məsələ ondadır ki, "Google Drive"in yeniləməsindən sonra istifadəçi hesablarının ehtiyat surəti meydana çıxacaq. Diskdə çat istifadəçilərinin foto, video, fayl, həmçinin yazışması avtomatik saxlanılacaq. Beləliklə, "Google Drive" xidmətinə müdaxilə zamanı "WhatsApp" messencerinin şəxsi məlumatları ələ keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
776 832 706 658 777 627

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.