Lucid Motors 1 milyard dollar investisiya aldı



ABŞ-ın Lucid Motors adlı elektrikli avtomobil istehsalçısı Səudiyyə Ərəbistanın suveren fondundan 1 milyard dollar dəyərində investisiya razılığına gəlib. Əldə olunmuş investisiya Arizona ştatında şirkət zavodunun tikilməsinə və şirkətin ilk elektrikli avtomobil modeli olan Lucid Air-in irimiqyaslı istehsalına xərclənəcək. Beləliklə Lucid Air 2020-ci ildə satışa çıxa biləcək. Bu, 2007-ci ildə təsis edilmiş və hələ də özünün elektromobil modelini satışa çıxartmamış bir layihə üçün çox böyük investisiya göstəricisidir.

Loading.az technote.az-a istinadən bildirir ki, Lucid Air elektromobilinin qiyməti 60.000$ təşkil edəcək. Bu isə Tesla Model S-in standart qiymətindən 15.000$ daha ucuzdur. Bu müqavilə barəsində şayiələr hələ Avqust ayının ortasında yayılmışdı. Həmin vaxtda şirkətin rəqibi olan Tesla-nın səhm qiymətləri 6% aşağı düşmüşdü. Bundan əlavə olaraq Səudiyyə Ərəbistanın suveren fondu həmçinin Tesla şirkətinin səhmlərinin 5%-nə sahibdir. Fond həmin hissəni 2 milyard dollara almışdı. Əldə olunmuş investisiyadan sonra Musk bildirmişdi ki, sözügedən fond şirkətin bütün səhmlərini almaqla Tesla-nı birjadan çıxarda bilər. Lakin investorlar tərəfindən olmuş mənfi fikirlər nəticəsində Musk bu fikirdən imtina etmişdi.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
294 374 326 346 344 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.