_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 27-09-2018, 17:09

WhatsApp-ın yaradıcısından istifadəçiləri narahat edəcək

WhatsApp-ın yaradıcısından istifadəçiləri narahat edəcək


Qurduğu şirkəti Facebook-a satdığı üçün peşiman olduğunu söyləyən WhatsApp-ın qurucu ortaqlarından Brian Acton etirafı ilə diqqətləri üzərinə çəkib.

Dünyanın ən böyük mesajlaşma xidməti WhatsApp-ı 2009-cu ildə Jan Koum ilə birlikdə yaradan Brian Acton qurduğu şirkətdən öz istəyi ilə ayrılmasından bir il keçdikdən sonra səssizliyi pozub.

Forbes-ə danışan Brian Acton 2014-cü ildə WhatsApp-ı 19 milyard dollar qarşılığında Facebook-a satması ilə bağlı olaraq "O gün istifadəçilərimin gizliliyini satdım. Hər gün bu qərarın ağırlığı ilə yaşayıram" deyib.

Bu ilin əvvəlində partlayışa səbəb olan "Cambridge Analytica" qalmaqalından sonra Twitter-dən başladılan "Facebook-u Sil" (#delet Facebook) kampaniyasına da dəstək verən cənab Acton texnologiya ortamında son illərin ən böyük satışına imza atdığı üçün peşiman olduğunu deyib.

Qeyd edək ki, dünyada aylıq 1.5 milyarddan çox aktiv WhatsApp istifadəçisi var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 623 635 620 619 638

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.