SeKeRCiK

SeKeRCiK Məsləhətlər 3-10-2018, 18:05

Böyük ayaqları kiçik göstərmənin yolları!

Böyük ayaqları kiçik göstərmənin yolları!
Böyük ayaqları kiçik göstərmənin yolları!


Böyük ayaqları kiçik göstərmənin yolları!

Ayaqlarınızın böyük olmasından şikayət edirsinizsə, ipuclarımızı diqqətə almanın tam zamanıdır.
Bir çox qadın ayaqlarının normaldan daha böyük olması mövzusunda şikayət edir. Əgər ayaqlarınızın olduğundan daha kiçik görünməsini istəyirsinizsə, təkliflərimizə qulaq asın.

Tünd rəngli ayaqqabı

Loading.az bildirir ki, tünd rəngli ayaqqabılar hər vaxt ayaqlarınızın daha kiçik görünməsini təmin edəcək. Qırmızı, mavi, bənövşəyi, yaşıl, qəhvə rəngli, boz və qara həm çox dəbdə olan rənglərdir, həm də ayaqlarınızı daha kiçik göstərəcək. Qara bir paltar geydiyinizdə necə olduğunuzdan incə görünürsünüzsə, qara və ya tünd rəngli ayaqqabı seçdiyinizdə də ayaqlarınız olduğundan daha kiçik görünəcək.

Sandallardan uzaq durun

Bantlı sandallar hər vaxt ayağınızı böyük göstərəcək və ayaqqabınızın üstü nə qədər açıq olsa ayaqlarınız o qədər böyükmüş kimi görünəcək. Buna görə sandal seçkisi edərkən xüsusilə qalın bantlı olanları seçmənizdə fayda var.

Ayaqqabı aksesuarları

Böyük ayaqları kiçik göstərmədə ən təsirli hiylə ayaqqabı detalları və aksesuarlarıdır. Əgər insanların diqqətini böyük ayaqlarınıza çəkmək istəmirsinizsə, toxa, püskül, düymə kimi detalları olan ayaqqabılar alın.

İti burun ayaqqabılar

Ayağınız nə qədər kiçik olursa olsun iti burun ayaqqabılar hər vaxt olduğundan daha böyük göstərər. İti burunlu ayaqqabılar yerinə yumru burunlu ayaqqabılar istifadə edin.

Dikdaban ayaqqabı

Dikdaban ayaqqabıların necə bir qurtarıcı olduğunun fərqindəsinizmi? Qısa boylular üçün şahanə bir detalkən, böyük ayaqlara sahib qadınlar üçün də böyük bir nemətdir. Çünki nə qədər dikdaban geysəniz geyin, ayaqlarınız daha kiçik görünəcək. Xüsusilə bu yazın modası plomb topuqlar ilə rahat və qəşəng görünərkən, böyük ayaq dərdinizdən də xilas olmuş olacaqsınız.

Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
584 590 541 586 580 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.