reklam
"Sənin oyununa baxanda Əfranın ölənlərinə rəhmət oxuyuram" - Mahir Mədətova etiraz "Sənin oyununa baxanda Əfranın ölənlərinə rəhmət oxuyuram" - Mahir Mədətova etiraz http://take.az/uploads/posts/2018-10/1538751709_1538727861_mahir.gif
Esmeralda

Esmeralda Xəbərlər / İdman 5-10-2018, 19:01

"Sənin oyununa baxanda Əfranın ölənlərinə rəhmət oxuyuram" - Mahir Mədətova etiraz

"Sənin oyununa baxanda Əfranın ölənlərinə rəhmət oxuyuram" - Mahir Mədətova etiraz
"Sənin oyununa baxanda Əfranın ölənlərinə rəhmət oxuyuram" - Mahir Mədətova etiraz

"Qarabağ" - "Arsenal" oyunundan sonra ağdamlıların futbolçusu Mahir Mədətov növbəti dəfə tənqidlərə məruz qalıb.

Loading.az xəbər verir ki, futbolçu ingilislərlə oyundan sonra sosial şəbəkə hesabında foto paylaşıb.

Fotoya gələn şərhlərdə isə azarkeşlər Mahiri tənqid, hətta təhqir etməkdən belə çəkinməyib.

Azarkeşlərin maraqlı və etik çərçivədə olan şərhlərindən bəzilərini təqdim edirik:

"Göstərdiyin oyun Arsenala bir ömür boyu bəsdi"

"vALLAH Sənin oyununa baxanda Əfranın ölənlərinə rəhmət oxuyuram"

"Mahir, Özil oyuna girəndə hər kəs onu alqışladı, ancaq sən oynayanda bütün azarkeşlər səni fitə basdı".

"65 min insanın hisləri ilə oynamağa haqqın yoxdur, xalqı belə aşağılama".

"Hardasan, ay Əfran".

"Fantastik oynadın, qaqaş"

"Brat, "ştrafnoy"a qədər Messi kimi oynayırsan, ora girəndə isə içinə Əfran girir".

"0-3 uduzmusan, şəkil niyə paylaşıb, camaatla məzələnirsən?"

"Nə qədər ki, futbolumuzda tapşırıq var, elə ən böyük uğurumuz xarici oyunçularla əllə görüşmək olacaq".

Qeyd edək ki, "Sportinq"lə oyundan sonra Mahir sosial şəbəkədə ən çox tənqid olunan oyunçu olmuşdu. O tənqidlərdən bezərək şəklin şərh yerinə bağlayıb, bu sözləri yazmışdı: Siz sağ, mən salamat.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
294 250 252 272 249 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.