Esmeralda

Esmeralda Texnologiya 6-10-2018, 15:25

Dünyanın ən yüngül noutbuku

Dünyanın ən yüngül noutbuku
Dünyanın ən yüngül noutbuku

"Acer" şirkəti "Swift 5" adlı çox yığcam noutbukun yeni nəslini təqdim edib.

Loading.az finans.az-a istinadən xəbər verir ki, "SF515-51T" modeli dünyada ən yüngül 15 düymlük noutbuk kimi elan olunub. Bu noutbukun çəkisi 990 qram təşkil edir. Noutbuk səkkizinci nəsil "Intel Core i7" prosessoru, "Full HD" (1920x1080 piksel) təsvir ölçülü 15,6 düymlük sensor IPS displey, 16 giqabaytadək daxili yaddaşı və 1 terabayt sərtgövdəli daşıyıcı ilə təchiz olunub. Displeyin ətrafındakı çərçivənin qalınlığı 5,87 millimetr təşkil edir.

Qeyd edək ki, "Wi-Fi" (802.11ac), "Bluetooth 5.0", 2 ədəd "USB Type-A", bir ədəd "USB Type-C" portları, "HDMI" və qulaqlar üçün konnektor mövcuddur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
538 487 520 512 549 552

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.