Üz üçün ağardıcı maskalar

Üz üçün ağardıcı maskalar

Ev şəraitində hazırlaya biləcəyiniz üz üçün ağardıcı maskaların reseptlərini diqqətinizə təqdim edirik:
Hidroqen peroksidi və kəsmik tərkibli ağardıcı maska.

Maskalarda Hidrogen Peroksidi və kəsmiyin ahəngi əla ağardıcı təsir bəxş edir. Bu maskanın hazırlanması üçün 50 qram kəsmiyi (¼ kəsmik paçkası) yumurta sarısı ilə əzirik, 5 hidrogen peroksidi damcısı qatıb, qarışdırırıq. Maskanı üz və boyun nahiyəsinə çəkib, 16 dəqiqə ərzində saxlayırıq. Ağardıcı təsirdən başqa, dərinizi qidalandırmaq da istəyirsinizsə, maskaya 1 çay qaşığı bal əlavə edə bilərsiniz.
Limon suyu ilə ağardıcı maska.
Limon suyunun istifadəsi ilə hazırlanan maskalar da dərini yaxşı ağardır. Məsələn, bal ilə limon suyunun qarışığından ibarət maska çox populyardır (50 qram bal və 5 damcı limon suyu) – bu maskanı hər səhər istifadə edirlər. Maskanı su ilə yuduqdan sonra dəriyə qidalandırıcı krem çəkilir.
Quru dəri sahibələrinin nəzərinə! Əgər Siz dərinizi ağartmaq üçün yuxarıda göstərilən maskalardan istifadə edirsinizsə, maskanın tərkibinə bir xörək qaşığı qatı qaymaq əlavə etməyi unutmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
695 773 705 578 742 613

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.