Rövşən Həsənli - Ceyran (Şeir)
Ceyran
Neçəsini yarı yolda qoymusan,
Neçəsinə ümid verib qovmusan,
Fikrin nədir, yoxsa eşqdən doymusan?
Sərv boylu, qaşı, gözü qara ceyran.

Sinə mərmər, dodaq püstə, dil şirin,
Yeriş nazlı, beli incə, afərin,
Əzab verir aşiqinə şakərin.
Gəl əzab vermə, Rövşənə, ceyran.

Qarşısına çıxanlar aşıb büdrəyir,
Risk edib danışan çaşıb titrəyir,
Röyalarda əlim əlinə dəyir,
Can uyur, salırsan min hala ceyran.

Qorxuram üz vuraram bəlası çıxar,
Geri dursa həsrətin Rövşəni yıxar.
Yaxın gəlsəm gül qoxun məni sıxar,
Qalmışam arada, yox çarə ceyran.

Rövşənəm, dilbilməzə yazıyam,
Sevən gözəlimin bahar-yazıyam,
Eşq sənindir, al ixtiyar razıyam,
Ya hə de, ya yox, çəkmə dara ceyran...
Neçəsini yarı yolda qoymusan,
Neçəsinə ümid verib qovmusan,
Fikrin nədir, yoxsa eşqdən doymusan?
Sərv boylu, qaşı, gözü qara ceyran.

Sinə mərmər, dodaq püstə, dil şirin,
Yeriş nazlı, beli incə, afərin,
Əzab verir aşiqinə şakərin.
Gəl əzab vermə, Rövşənə, ceyran.

Qarşısına çıxanlar aşıb büdrəyir,
Risk edib danışan çaşıb titrəyir,
Röyalarda əlim əlinə dəyir,
Can uyur, salırsan min hala ceyran.

Qorxuram üz vuraram bəlası çıxar,
Geri dursa həsrətin Rövşəni yıxar.
Yaxın gəlsəm gül qoxun məni sıxar,
Qalmışam arada, yox çarə ceyran.

Rövşənəm, dilbilməzə yazıyam,
Sevən gözəlimin bahar-yazıyam,
Eşq sənindir, al ixtiyar razıyam,
Ya hə de, ya yox, çəkmə dara ceyran...
Müəllif: Rövşən Həsənli (Avara_Şair) 12.07.2012
P.S. Müəllif hüquqları qorunur.Şeirin özünü yaxud hər hansısa bi misrasını və bəndini icazəsiz paylaşmaq Qadağandır!!
Dərc etdi: CLoseYourEyeS







