_Yene_Tenha_

_Yene_Tenha_ Sağlamlıq 10-10-2018, 10:20

Çiy fındığın faydaları

Çiy fındığın faydaları


Tam bir sağlamlıq mənbəyi olan fındıq, beyin sağlamlığından xoşbəxtlik hormonlarına, diabet riskini azaltmasından xərçəngdən qorumağa qədər çox əhəmiyyətli faydalar təmin edir. Ləzzətlə yanaşı quruluşunda bol miqdarda lif ehtiva edir.

Fındığın çiy olaraq istehlak edildiyi təqdirdə qida dəyərlərindən daha çox faydalana bilərik.

Fındığın qovrulma müddətinin uzanması fındıqda qida itkilərinə səbəb olur, fındığın içərisindəki sağlam yağların ziyan görməsinə və oksidləşməsinə səbəb olaraq hüceyrələrimizə zərər verə biləcək sərbəst radikalların meydana gəlməsinə səbəb ola bilər.

Qovrulmamış fındıqlar, qovrulmuş fındıqlara nisbətlə ikiqat daha çox antioksidant ehtiva edir. Bu səbəblə fındıq alarkən çiy olmasına diqqət göstərməliyik.

Fındıqda, protonosiyanidinlər, kersetin və kaemferol kimi fitopkimyəvi maddələr var. Bu proantosiyaninlər flavonoidlər olaraq adlandırılan bir qrupa aiddir. Flavonoidlər beyin sağlamlığını dəstəkləyə bilir. Bundan əlavə, triptofan və izolosin amin turşularından zəngin olduğundan zehni və psixoloji olaraq insanın özünü daha yaxşı hiss etməsini təmin edir.

Ehtiva etdiyi qida elementlərilə tam bir sağlamlıq mənbəyi olan fındıq, B6 vitamini baxımından da zəngindir. B6 vitamini elektrik siqnallarının sürətini və məhsuldarlığını artıran və sinir sisteminin düzgün formada işini təmin edən bir vitamin olaraq tanınır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
633 639 566 464 594 573

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.