_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 10-10-2018, 14:11

Nokia 7.1 smartfonu təqdim olundu

Nokia 7.1 smartfonu təqdim olundu


"HMD Global" şirkəti "Nokia 7.1" smartfonunu təqdim edib.

Smartfon Full HD+ təsvir ölçülü 5,84 düymlük "PureDisplay" displeyi ilə təchiz edilib. Displey "HDR10" standartını dəstəkləyir. Bu, 10 bitlik rəng sistemini dəstəkləyən ilk ucuz smartfonlardan biridir, bundan başqa ekran işıqlandırma şəraitinə görə parlaqlıq və ziddiyyəti özü avtomatik olaraq düzəldir.

Smartfonun kamerası ikiqatdır və "Carl Zeiss" optikasına malikdir, təsvir ölçüsü 12+ 5 meqapiksel təşkil edir. İkinci modul yalnız şəkillərdə arxa fonun bulanıq edilməsi üçün istifadə olunur, optik zum imkanı mövcud deyil.

"Nokia 7.1" smartfonu orta səviyyəli "Snapdragon 636" prosessoru, 3 QB-lıq əməli yaddaş, 32 QB-lıq daxili yaddaşla təchiz olunub. Smartfon təmiz "Android" sisteminin idarəetməsi altında işləyir və ilk olaraq "9.0 Pie" sisteminə yenilənəcək.

Akkumulyatorun tutumu 3060 milliamper/saat təşkil edir. Həmçinin "USB-C" konnektoru, qulaqlıqlar üçün konnektor mövcuddur, sürətli enerjidoldurma texnologiyası dəstəklənir. Aparatın ölçüsü 149,7x71,18x7,99 mm, çəkisi 160 qr-dır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 529 457 502 530 512

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.