reklam
İki xəstənin hekayəsi İki xəstənin hekayəsi http://take.az/uploads/posts/2018-10/1539236271_2.jpg
Kənan Heydərov

Kənan Heydərov Hekayələr 11-10-2018, 19:37

İki xəstənin hekayəsi

İki xəstənin hekayəsi
İki xəstənin hekayəsi


İki xəstə adam eyni xəstəxana otağında qalırdı. Xəstələrdən birinə ağ ciyərlərindəki mayenin axması üçün günortadan sonra bir saatlığa dik dayanmasına icazə verilmişdi. Onun yatağı otaqdakı yeganə pəncərənin yanında idi. Digər xəstə isə bütün gününü yataqda uzanaraq keçirməyə məcbur idi.Pəncərənin yanındakı xəstə hər günortadan sonra, yatağında qalxanda pəncərənin kənarındakı gördüyü hər şeyi otaq yoldaşına izah edirdi. Digər yataqdakı adam isə xarici dünyadakı bütün həyat və rənglərlə öz həyatını genişləndirir və canlandırırdı.
Pəncərə gözəl bir gölün yanındakı parka baxırdı. Göldə uşaqlar oyuncaq gəmilərini üzərkən ördəklər və qular da suyun üzərində oynayırdı. Gənc aşiqlər hər rəngdən çiçəklərin arasında qol qola yeriyirdilər və şəhərin silueti uzaqda ifadə olunmuşdu.Pəncərənin yanındakı adam bunları ən incə təfərrüatı anladarkən, digər tərəfdəki adam gözlərini bağlayıb bu xoş mənzərəni xəyal edirdi. Günlər, həftələr, aylar keçdi. Bir səhər tibb bacısı xəstələrin otağına vanna suyu gətirəndə pəncərənin yanındakı xəstənin ölü bədənini tapdı - səssiz-səmirsiz ölmüşdü. Tibb bacısı üzüldü və ölü bədəni alması üçün xəstəxana vəzifələrini çağırdı.
Məqbul gördüyü ən qısa zamanda digər xəstə pəncərənin yanına köçmək istədiyini bildirdi. Tibb bacısı bu istəyi xoşbəxtliklə yerinə yetirdi və xəstənin rahat etdiyindən əmin olduqdan sonra otaqdan çıxdı. Xəstə, yavaşca və əzab çəkərək kənardakı real dünyaya baxmaq üçün özünü dirsəyini dəstəkləyərək qalxdı. Çarpayının yanından pəncərəyə tərəf dönməyə çalışdı.Onu boş bir divar qarşıladı.Tibb bacısını çağırıb ona pəncərənin kənarındakı o qədər qeyri-adi şeylərdən bəhs edən mərhum otaq yoldaşın nə üçün belə bir şeyə lazım olduğunu soruşdu. Tibb bacısı mərhumun kor olduğunu, divarı belə görmədiyini söylədi və "Bəlkə də sadəcə səni cəsarətləndirmək istəmişdi" - dedi.
Son söz: Başqalarını xoşbəxt etməyin böyük bir xoşbəxtliyi var ki, öz halımıza baxmayaraq kədəri bölüşmək yükünü yüngülləşdirir, lakin paylaşılan xoşbəxtlik ikiyə qatlanır.Əgər özünü zəngin hiss etmək istəyirsənsə pulun satın ala bilmədiyi, sənin malik olduğun hər şeyi gözünün önünə gətir.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 353 399 328 387 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.