Esmeralda

Esmeralda Mətbəx 14-10-2018, 14:13

Çiyələkli peçenyeli puding

Çiyələkli peçenyeli puding


Ərzaqlar:
15 ədəd çiyələk
- 10 ədəd peçenye

Puding üçün;
- 1l süd
- 2 yemək qaşığı un
- 3 yemək qaşığı nişasta (qarğıdalı və ya buğda nişastası)
- 3 ədəd yumurta
- 3/4 su stəkanı şəkər tozu
- 1 paket vanil
- 200ml krem

Hazırlnması:
1. Süd, nişasta, un və şəkər tozunu bir qazana əlavə edib, qarışdıraraq bişirməyə başlayın.

2. Ayrı bir kasada yumurta sarılarını çırpın. Ocaqdakı qarışıqdan bir çömçə götürüb, yumurtaların üzərinə əlavə edin və qarışdırın.

3. Hazırladığınız yumurtalı, südlü qarışığı ocaqdakı qazana az-az əlavə edərək qarışdırmağa davam edin.

4. qarışıq puding halını aldıqdan sonra ocaqdan götürüb, soyuması üçün kənara qoyun.

5. Soyuduqdan sonra 200ml kremi əlavə edərək mikserlə 3-4 dəqiqə çırpın.

6. Peçenyeləri qırın, soyuyan pudingə əlavə edin və yaxşıca qarışdırın.

7. Soyuyan qarışığı kasalara bir qat puding, bir qat çiyələk və yenidən puding əlavə edərək hazırlayın.

8. Üzərini çiyələklərlə bəzəyərək soyuducuda 2-3 saat saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
451 546 572 436 501 419

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.