Qanazlığı zamanı çox faydalı resept

Qanazlığı zamanı çox faydalı resept

Qanazlığının yüngül formalarında pəhrizə müəyyən dəyişikliklər etməklə bu pozulmanı asanlıqla müalicə etmək mümkündür.

İlk növbədə qidalanmada dəmirlə zəngin olan qidaların miqdarını artırmaq lazımdır. Söhbət əsasən ət məhsullarından gedir.

Bundan əlavə qanın tərkibini yaxşılaşdırmaq üçün pəhrizinizə qoz-fındıq, bal, albalı, alma, çuğundur, qarabaşaq, xurma kimi məhsulları tez-tez daxil edin.
Sizə qanazlığı zamanı yaxşı kömək edən çox faydalı qarışığın reseptini təqdim edirik.
200 qr badam, 300 qr xurma, 200 qr təbii bal götürülür. Xurma və badam yaxşı yuyulur və qurudulur, xurmanın çəyirdəkləri çıxarılır. Xurma və badamı blenderlə yaxşı əzin, bal əlavə edin, yaxşı qarışdırın. Hər gün bu dadlı qarışıqdan 1 xörək qaşığı olmaqla qəbul edin.
Badam, xurma və bal qanyaratma sistemi üçün faydalı olan bir çox maddələrlə (mis, dəmir, fol turşusu və s.) zəngindir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
714 666 546 617 649 551

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.