_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 13-10-2018, 18:08

Smartfonlar üçün yeni akkumulyator batareyası təqdim olundu

Smartfonlar üçün yeni akkumulyator batareyası təqdim olundu


"Huawei" şirkəti smartfonlar üçün dünyada ilk litium-silisium akkumulyator batareyasını təqdim edib. Yeni tip batareya ilə təchiz edilən elektron qurğular enerjini daha tez toplayacaq.

Litium-silisium akkumulyatorlar mövcud sürətli enerjidoldurma texnologiyalarını daha təhlükəsiz və sürətli etməyə imkan verəcək. Bundan başqa, litium və silisium əsaslı akkumulyatorlar çoxlu enerji ilə doldurulma və boşaldılma dövrəsini dəstəkləyəcək - yeni tip batareyaların istismar müddəti daha çox olacaq.

Çinin elektron nəhəngi nümayəndələrinin sözlərinə görə, şirkətin yeni tip akkumulyatorlara əsaslanan batareyaları insanlar tərəfindən elektron qurğuların enerji ilə doldurulmasına münasibəti dəyişəcək və onların smartfondan istifadə etmək imkanından məhrum olmaq qorxusunu aradan qaldıracaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
498 532 498 479 563 500

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.