Bale "Mançester Yunayted"ə gedə bilər

Bale "Mançester Yunayted"ə gedə bilər

Real"ın yarımmüdafiəçisi Qaret Beyl yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

"Mançester Yunayted" klubu uelsli futbolçunun xidmətində maraqlıdır.

Beylin də Premyer Liqaya qayıtmaq istədiyini düşünən İngiltərə nəhənginin baş məşqçisi Joze Mourinyo futbolçunun transferində hər hansı problemin yaşanacağına inanmır.

Üstəlik "Mançester Yunayted" rəhbərliyi yay transfer pəncərəsi üçün Mourinyoya 250 milyon avro ayırıb ki, portuqaliyalı mütəxəssis də bunun 120 milyon avrosunu Beylin keçidinə xərcləməyə hazırdır. 26 yaşlı futbolçu isə daha öncə verdiyi açıqlamasında klubunu dəyişmək niyyətində olmadığını bildirib.

Qeyd edim ki, 2007-2013-cü illərdə "Tottenhem"in şərəfini qoruyan Beyl keçirdiyi 146 oyunda 42 qol vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
633 694 630 584 651 675

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.