_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 18-10-2018, 18:00

Fürui-din nədir?

Fürui-din nədir?


Əgər İslam dinini bir ağaca bənzətsək, əqidə əsaslarını təşkil edən üsuli-din onun köklərini, əməli prinsiplər olan fürui-din isə onun budaqlarını təmsil edər. Fürui-din İslam əqidəsinin əməldə təcəssümüdür. Fürui-dinə əməl edən adam sözün əsil mənasında mömin müsəlman sayılar.

şiə əqidəsinə görə, fürui-din 10 maddədən ibarətdir: namaz, oruc, həcc, xüms, zəkat, cihad, əmr bil-məruf (insanları yaxşı işlərə təşviq etmək), nəhy ənil-münkər (insanları pis işlərdən çəkindirmək), təvəlla (Allahın dostlarını sevmək) və təbərra (Allahın düşmənləri ilə düşmən olmaq).

Əhli-sünnə məzhəbində fürui-din anlayışına İslamın şərtləri məfhumu uyğun gəlir. Sünni məzhəbinə görə, İslamın şərtləri 5-dir: kəlmeyi-şəhadəti söyləmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və həccə getmək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
678 774 740 755 691 684

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.