Kənan Heydərov

Kənan Heydərov Mətbəx 20-10-2018, 15:12

Quş südü tortu

Quş südü tortu
Quş südü tortu

Tərkibi:

9 ədəd yumurta
3 stəkan şəkər tozu
2 paket vanil
200 qram marqarin
1 stekan ilıq süd
2,5 stəkan un
4 yemək qaşığı kakao
1,5 paket qabartma tozu
Bir çimdik duz


Hazırlanması:

Yumurtanın ağını və sarısını bir birindən ayırın. Sarını 1,5 stəkan şəkər tozu və 1 paket vanil ilə birgə qarışdırın. Marqarini əlavə edib qarışdırmaəğa davam edin. Südü qarışıma yavaş -yavaş əlavə edin. Ayrı qabda un, kakao, qabartma tozu və duzu qarışdırdıqdan sonra onu yumurtalı qarışımının üstünə əlavə edin. Əldə edilən məhsulu yağlı kalqa kağızı ilə örtülmüş soba qabına tökün. 175 dərəcədə 50 dəqiqə bişirin. Sobadan çıxarandan sonra ilıqladın.

Ayrı bir qabda yumurtanın ağını vanillə qar kimi olana qədər mikserlə qarışdırın. Qalan şəkər tozunu yavaş - yavaş qarışığa əlavə edin. əldə edilən məhsulu ilıq olan keksin üzərinə basmadan yayın. 180 dərəcəli sobada daha 20 dəqiqə bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
978 958 901 917 967 902

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.