_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 23-10-2018, 09:07

Facebook Messenger-də yenilik var

Facebook Messenger-də yenilik var


"Facebook" sosial şəbəkəsi öz rəsmi messencerində göndərilmiş mesajları silməyə imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.

Məlumata görə, "Facebook Messenger"in istifadəçiləri göndərilmiş mesajları yalnız öz çatından deyil, həmçinin qəbul edənin çatından silə biləcəklər. Sözügedən funksiyanın bütün istifadəçilərə əlçatan olacağı vaxt dəqiq məlum deyil, amma bildirilib ki, bu, yaxın gələcəkdə baş verəcək. Çox güman ki, mesajı göndərilmə anından ötən müəyyən müddət ərzində silmək mümkün olacaq.

Məlumat üçün bildirək ki, belə imkan artıq başqa sosial şəbəkə və messencerlərdə, həmçinin "Facebook" şirkətinə məxsus "WhatsApp" messencerində reallaşdırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 524 490 505 518 476

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.