_Yene_Tenha_

_Yene_Tenha_ Xəbərlər 24-10-2018, 18:08

Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarıldı - FOTO

Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar çıxarıldı - FOTO


Bu gün səhər saatlarından etibarən xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.

Qrup tərəfindən bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri var.

Qeyd edək ki, Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov açıqlamasında bildirib ki, qalıqların tapılması haqda vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.



"Bu barədə məlumatlar Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra sözügedən qalıqların tədqiqi üçün Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyatı qurumlarla birgə araşdırmalar aparmağa qərar verilib.

Biz bu məsələni nazirlikdə müzakirə etdik. Mən ictimaiyyətə bu kimi xəbərlərdə sensasiya axtamamağı və təsdiq olunmamış məlumatlara istinad etməməyi məsləhət görərdim".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 416 417 380 423 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.