Kənan Heydərov

Kənan Heydərov Mətbəx 29-10-2018, 11:00

Asan hazırlanan kurabiyə resepti

Asan hazırlanan kurabiyə resepti
Asan hazırlanan kurabiyə resepti

Loading.Az xarici KİV-ə istinadən ev şəraitində asan hazırlanan kurabiyə reseptini təqdim edir:

250 qram otaq istiliyində yumşalmış marqarin
2 çay stəkanı şəkər tozu
1/2 çay stəkanı maye yağ
1 ədəd yumurta
2 yemək qaşığı nişasta
1 çay qaşığı qabartma tozu
1 paket vanil
9 çay stəkanı un


Hazırlanması:

Bir qabda marqarini, şəkər tozunu, duru yağı və yumurtanı yaxşı qarışdırın. Sonra nişasta, vanilin və qabartma tozunu da əlavə edib qarışdırın. Unu üzərinə əlavə edib yoğurun. Ələ yapışmayan xəmir əldə edəcəksiniz.

Hazırladığınız xəmiri streçlə sarın və soyuducuda 30 dəqiqə saxlayın. Sonra xəmiri soyuducudan çıxarın və əlinizlə qoz büyüklüyündə parçalar qopararaq istədiyiniz şəklə salın. Formalaşdırdığınız xəmirləri yağlı kağız sərilmiş bir soba qabına düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada, üstləri bir az qızarana qədər təxminən 15 dəqiqə bişirin. Soyuduqdan sonra süfrəyə gözəl şəkildə servis edib yeyə bilərsiniz.


Derc etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
579 594 571 570 625 462

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.