Bulvar (Dənizkənarı Milli Park) haqqında
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) - Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 1909-cu ildə yaradılmışdır. 29 dekabr 1998-ci ildən milli park statusu daşıyır.Ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.Dənizkənarı bulvarın salınması 1909-cu ildə Bakı şəhər Duması tərəfindən qərarlaşdırılmış və o vaxtlar Dumada çalışan məşhur mühəndis Məmməd Həsən Hacınskinin adı ilə bağlıdır. O zaman tender yolu ilə seçilmiş layihənin işlənib həyata keçirilməsində mühəndis Kazimir Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış II Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu. İki il müddətində buraya kənardan münbit torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir.1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi, onun uzunluğu 3,7 kilometrə çatdırıldı
Parkın tipi: Bulvar
Yerləşməsi: Bakı, Azərbaycan
Yaranma ili: 1909
Tabeçiliyi: Dənizkənarı Bulvar İdarəsi
Statusu: İlboyu açıq
Ən yaxın ictimai nəqliyyat: Sahil metrostansiyası və İçərişəhər metrostansiyası
Dərc Etdi: Avara_Sair






