Hər doğulan uşağa 1000 manat müavinət verilə bilər - ŞƏRH

Hər doğulan uşağa 1000 manat müavinət verilə bilər - ŞƏRH


Son günlər sosial şəbəkələrdə 100 nəfər gənc valideyn “uşaq pulları”nın artımı ilə bağlı imza toplayaraq Milli Məclisə müraciət ərizəsi yazıb. Bu günlərdə həmin paylaşım Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fazil Mustafa və Adil Əliyevin də diqqətini çəkib. Onlar bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması üçün təklif verəcəklərini bildiriblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Oxu.Az-a bildirib ki, Azərbaycanda uşaqlara dövlət tərəfindən verilən müavinətlərin artımı və ya hər hansı başqa bir dəyişikliklə bağlı onlarda heç bir məlumat yoxdur:


“Bu gün ailələrdə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan ailələrə 1,5 yaşa kimi olan hər uşaqlara 44 manat, 1,5 yaşdan 3 yaşa kimi olan uşaqlar üçün isə 28 manat müavinət nəzərdə tutulub. Hazırda əsasnaməyə görə uşaq doğularkən ailəyə qanunvericilikdə müəyyən olunmuş məbləğdə birdəfəlik 109 manat müavinət verilir. Təbii iqlim şəraitindən asılı olaraq əmək haqqına rayon əmsalı tətbiq edilən yerlərdə yaşayan şəxslərə müavinətin məbləği yüksəkliyə görə müəyyən edilmiş əmsallar nəzərə alınmaqla verilir.


Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir. Uşağın anadan olmasına görə müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.






İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Uşaq doğumuna görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir. Övladlığa götürülmüş uşaqlara uşaq doğulmasına görə birdəfəlik müavinət ümumi əsaslar üzrə verilir”.

Ekspert Vüqar Bayramov isə bu gün ailələrdə yeni doğulan uşaqların xərcləri həddən artıq çox olduğunu bildirərək, ilk uşağa görə dövlət tərəfindən 1000 manat birdəfəlik müavinət ayrılmasını təklif etdiklərini vurğulayıb:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 539 530 521 501 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.