İrina Şeyk görünüşü ilə BİHUŞ ETDİ - FOTO

İrina Şeyk qısa ətəyi və uzunboğaz çəkmələri ilə diqqət mərkəzində olub.

Loading.az xəbər verir ki, dünən Berlində 20-ci “GQ Men of the Year Award” mükafatlarının təqdimetmə mərasimi olub. Gecədə bütün diqqətlər füsunkar model İrina Şeykin üzərində olub. Rusiyalı model gecə üçün gümüşü zərli don və eyni rəngli uzunboğaz çəkmə seçib. Başdan-ayağa qədər parıldayan ulduz makiyajda hər zamankı kimi sadəliyə önəm verib. “Versace” moda evinin sahibi Donatella Versaçe də tədbirə eyni obrazın qızılı versiyasında gəlib.

Mükafatların təqdimetmə mərasimində bir çox Hollivud aktyorları olub. Onların sırasında Orlando Blum, Henri Kavil, Patrik Dempsi və başqaları olub.

Mərasimdə İrina Şeyk "İlin moda ikonası" mükafatına layiq görülüb. Donatella Versaçe "İlin dizayneri" olub, Orlando Blum stil kateqoriyası üzrə “İlin adamı GQ”, Henri Kavil isə "Beynəlxalq kino" mükafatını qazanıb.



İrina Şeyk görünüşü ilə BİHUŞ ETDİ - FOTO









Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 499 509 477 465 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.