Nani_Fit

Nani_Fit İdman 18-11-2018, 11:47

Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm
Amerikalı boksçu Floyd Meyvezer qarışıq döyüş növləri üzrə çıxış edən rusiyalı idmançı Həbib Nurməhəmmədovla mümkün qarşılaşmanın şərtlərini özü müəyyənləşdirəcəyini bildirib.

Xəbər verilir ki, Floyd məhz qarşı tərəfin onu döyüşə çağırdığını xatırladıb:

“Mən Həbibi döyüşə çağırmamışam, Həbib məni çağırıb. Onlar dedilər ki, qarşılaşma oktaqonda olmalıdır. Mən isə cavab verdim:

“Həbibin oktaqonda keçirdiyi döyüşə görə 9 rəqəmli qonorarını mənə göstərin. Əgər bu qədər pul qazana bilmirsə, görüşümüzün harada baş tutmasına dair qərar vermək ixtiyarına malik deyil. Əsas mənəm. Döyüş istəyirsinizsə, mənim qaydalarımla oynamalısınız”.

Xatırladaq ki, oktyabrın 17-də Meyvezer Nurməhəmmədovla boks qaydaları ilə döyüşməyə hazır olduğunu bildirib. Lakin Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayt deyib ki, döyüş yalnız UFC-də baş tuta bilər


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
554 498 473 448 425 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.