Monronun “Qızıl qlobus”u rekord məbləğə satıldı
Merilin Monronun 1962-ci ildə tamaşaçıların ən sevimli aktrisası kimi aldığı “Qızıl qlobus” mükafatı Los-Ancelesdə rekord məbləğə - 250 min dollara satılıb.
Verilən xəbərə görə, bu mükafat üçün indiyə qədər belə yüksək məblığ heç zaman ödənilməyib.

Verilən xəbərə görə, bu mükafat üçün indiyə qədər belə yüksək məblığ heç zaman ödənilməyib.
“Julien's Auctions” hərracında aktrisaya məxsus bir sıra digər əşyalar da satılıb, o cümlədən 1956-cı il istehsalı olan “Ford Thunderbird” avtomobili (490 min dollar), çek kitabçası və s.
Merilin Monro kimi məşhurlaşan Norma Cin Mortenson müxtəlif filmlərdə 30-a yaxın obraz canlandırıb. O, 1962-ci ildə dünyasını dəyişib.
Dərc etdi Esmeralda






