"Bədəninə ruh girən" nərdivan öz-özünə yeridi, əhali təşvişə düşdü - Video

Hindistanın Kerala ştatında kənd sakinləri öz-özünə yeriyən nərdivanı görüncə heyrətləniblər.
Bu barədə məlumatı və videogörüntüləri İngiltərənin “Daily Mail” saytı yayıb.


Yerli sakinlər belə qərara gəliblər ki, nərdivana ruh girib. Hadisədən sonra bir çoxları videonun çəkildiyi əraziyə getməkdən imtina ediblər.

Videodan görünür ki, nərdivan ritmik qaydada addımlar ataraq yeriyir. Taxta qurğu bir neçə dəqiqə ərzində yeriməyə davam edir.

“Reddit” sosial şəbəkəsinin izləyiciləri belə qənaətə gəliblər ki, nərdivan passiv-dinamik hərəkətlər edir. Yəni kimsə nərdivanı enişdən üzüaşağı itələyib, amma nərdivan yıxılmayaraq öz ağırlığı altında “addımlamağa” başlayıb.
BiG.AZ bizimyol.info-ya istinadən həmin videogörüntüləri təqdim edir.





Dərc etdi: Avara_Sair

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 367 291 331 337 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.