Esmeralda

Esmeralda İslam Dini 6-12-2018, 16:06

Şənbə, döyüş, buzov… - Həzrət Musanın ümmətinin imtahanları

Şənbə, döyüş, buzov… - Həzrət Musanın ümmətinin imtahanları
Həzrət Musanın (ə) ümməti ağır imtahanlardan keçən ümmətlərdən biridir. Bu imtahanlardan biri də şənbə günü balıq ovlamamaq hökmü olmuşdur. Allah Təala şənbə gününü yəhudilər üçün istirahət günü elan etmiş və buyurmuşdur ki, həmin günü balıqçılar da gərək tətil etsinlər. Bu minvalla hamı yaşayırdı, ancaq balıqçıların bəzisi müşahidə edirlər ki, həftənin 6 günündə balıq miqdarı dənizdə az olur. Ancaq şənbə günü o qədər çox olur ki, hətta suyun üzünə belə çıxırdılar. Ona görə də hiylə işlətdilər və balıqları şənbə günü bir kanala qovdular və sonrakı günlərdə onları ovlamağa başladılar. Allah da onları bu əməllərinə görə cəzalandırdı.

"Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: "Meymun (olun) və (Bizim dərgahımızdan) qovulmuşlar olun!". (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular)". ("Bəqərə" 65).

Loading.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Musa (ə) ümmətinin başqa bir imtahanı - müqəddəs torpaqlara daxil olan zaman olmuşdu. Onlar döyüş zamanı rəqiblərini güclü gördükləri üçün qorxdular və Musaya (ə) cəsarət edib dedilər: "Sən və Allahın getsin, vuruşsun. Biz burada əyləşəcəyik". Allah da onların bu ədəbsizliyinə görə onları 40 gün Tiyə vadisində giriftar edir.

"Dedilər: "Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər), biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq"". ("Maidə" 24).

Həzrət Musa (ə) ümmətinin başqa bir imtahanı buzovla bağlı idi. Musa (ə) Tövrat kitabını Allahdan qəbul etmək üçün Tur dağına qalxır. Musa (ə) orada 40 gün qalır. Bəni-İsrayil də Musanı (ə) bu müddət ərzində görməyəndə, Samirinin düzəltdiyi buzovun ətrafına toplaşdılar və peyğəmbərlərinin (ə) bütün zəhmətlərini puç etdilər. Allah bu haqda Musaya (ə) Tur dağında vəhy göndərir.

"Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı". ("Taha" 85).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
798 670 749 676 620 672

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.