Azərbaycanı dünya gözəllik müsabiqəsində bu qız TƏMSİL EDƏCƏK - FOTO

Azərbaycanı dünya gözəllik müsabiqəsində bu qız TƏMSİL EDƏCƏK - FOTO
Azərbaycanı təmsil etmək üçün “Best Model of World” müsabiqəsinə Cəmilə Qoluboviç göndərib.

Loading.az xəbər verir ki, Azərbaycanı dünya gözəllik müsabiqəsində təmsil edən modelin adı açıqlanıb. Bu barədə bizə yarışmanın milli direktoru Aqil Məmiyev məlumat verib.

O, bildirib ki, müsabiqənin prezidenti Erkan Özarmanla görüş baş tutub:

“Erkan Özarmanla dünən görüşdük. Qaydalara əsasən, “Best model of Azerbaijan”ın qalibi “Best Model of World” beynəlxalq gözəllik müsabiqəsində təmsil olunmalı idi. Aygül Səfərovanın ailəsi yarışmada iştirak etməyə icazə vermədiyi üçün o, bundan imtina etdi. Odur ki, titulun ondan götürələrək Cəmilə Qoluboviçə təqdim edilməsinə qərar verildi. Birincilik barədə rəsmi sənədlər Cəmilə xanımın adına verilib. O, Azərbaycanı “Best Model of World”da təmsil etsə də, Aygül xanımın tacı geri alınmayıb, sadəcə olaraq onun birincilik status geri götürəlüb. E.Özarman tacın da alınması barədə göstəriş verib, lakin mən A.Səfərovanı daha çox üzmək üçün belə bir addım atmaq istəmədim”.

Aqil Məmiyev sözlərinə onu da əlavə edib ki, müsabiqənin finalı ayın 7-də baş tutacaq: "Yarışa start verilib, biz artıq 2 gündür ki, düşərgədəyik".

Qeyd edək ki, Aygül Səfərovanın birinciliyi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş, qalib tənqidlərə məruz qalmışdı.

Məlumat üçün onu da bildirək ki, müsabiqənin digər qalibi Şakir Əhmədzadədir. Cəmilə ilə yanaşı, Azərbaycanı o da adıçəkilən yarışda təmsil edir.






Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 413 369 351 334 400

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.