Kənan Heydərov

Kənan Heydərov özünü 😇 xoşbəxt hiss edir. Sevgi / Şeirlər 6-12-2018, 21:45

Böyük həriflər ilə baş hərfi SƏN yazardım

Böyük həriflər ilə baş hərfi SƏN yazardım
Böyük həriflər ilə baş hərfi SƏN yazardım

Görüşümə gələn qız,ipək kimi telinə
Küləy dəydi mən səni,əsən yelə qısqandım.
Çəkib zülfün bir başa dərk eylədim ürəyə,
Ətrin çəkib içimə Mən adlı Sən yaratdım.



Baxdım gedən yoluna,izlərinə sataşdım,
Həsrətindən od tutub,yanıb-yanıb alışdım,
Sənə oxşar birini görüb Sənsən soruşdum?
Topuq çaldı dilimdə sözlərimdə karıxdım..



Gözlərimi yumuram gəlirsən göz önümə,
Yağmur damlası tək axmısan günlərimə,
Öz əlimdə olsaydı əzəldən qismətimə
Böyük həriflər ilə baş hərfi SƏN yazardım.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
795 844 792 840 881 752

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.