Şevval Sam “donuz qripi”nə yoluxub?

Şevval Sam “donuz qripi”nə yoluxub?
Xəbər verdiyimiz kimi, müğənni-aktrisa Şevval Sam xəstəxanaya yerləşdirilib.

Loading.Az xarici KİV-ə istinadən xəbər verir ki, 2 gün əvvəl halsızlıq və yüksək qızdırma olduğu üçün xəstəxanaya gətirilən aktrisada İnfluenza virusu aşkarlanıb.


Ş.Samın meneceri onun səhhəti haqda açıqlamasında bu sözləri deyib:
“Xəstəxanaya yerləşdirdik. Halsız idi. İnfluenza A səviyyəsində olduğu deyildi. Ən gec bazar ertəsi evinə gedə biləcək”.

Müğənnidə ciddi problem olmadığı deyilsə də, onun “donuz qripi”nə yoluxduğu barədə də iddialar yayılıb. Bu barədə hələ ki, nə Şevval Samdan, nə də həkimindən açıqlama gəlib.

Qeyd edək ki, sözügedən virus burun, boğaz, bronxlar və ağciyərə təsir edən xəstəlikdir. A, B və C olmaqla üç tipi var. Bu virus xəstə insan öskürdükdən sonra yaxınlıqda olan insanlar nəfəs alan zaman yoluxur. Çirkli əllərdən də keçə bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
458 485 454 361 415 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.