Esmeralda

Esmeralda Xəbərlər 13-12-2018, 10:29

Təranə Qumral: “Nazənin yenə də yalan danışdı” - Məhkəmə qərarı üzə çıxdı - FOTO

Təranə Qumral: “Nazənin yenə də yalan danışdı” - Məhkəmə qərarı üzə çıxdı - FOTO
Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal səngimək bilmir.

Loading.az primetime.az-a istinadən xəbər verir ki, tərəflərin məhkəmə prosesi yeni mərhələyə qədəm qoyub.

Belə ki, uzun müddət sürən çəkişmə sonda Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumralın 4 min manat məbləğində cərimə edilməsi ilə başa çatıb.

Primetime.az-a açıqlama verən Təranə Qumral bildirib ki, Nazənin onunla bağlı Ali Məhkəməyə müraciət edib: "Nazəninin istəyi məni həbs etdirmək idi. Məhkəmə isə sonda məni 4 min manat cərimələdi. Və bununla da məsələ mənim üçün qapandı. Amma o, bununla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi və qərar yenə qüvvədə qaldı. Mediada da yalan xəbərlər yaydı ki, guya mən şikayət etmişəm, mən məhkəməyə vermişəm. Onun vəkili özlərinin başlatdığı məhkəməni mənim adıma çıxarmağa çalışır. Nazənin yenə də yalan danışdı. Halbuki, apellyasiyanın qərarından da narazı qalan Nazənin indi də ayın 7-si məni Ali Məhkəməyə verib".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 500 494 479 468 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.