Nani_Fit

Nani_Fit özünü 🤗 möhtəşəm hiss edir. Programlar 22-12-2018, 11:57

Windows-da gözlənilən funksiya işə düşdü

Windows-da gözlənilən funksiya işə düşdü
"Microsoft" şirkəti "Windows 10" sistemində ".exe" genişlənməsinə malik təhlükəli faylları təhlükəsiz işə salmağa imkan verəcək funksiya istifadəyə verməyə hazırlaşır. Söhbət "Windows Sandbox" təcrid olunmuş mühiti barəsindədir. Sözügedən təcrid olunmuş mühitin köməyi ilə istənilən proqram və ya sənədi açmazdan əvvəl onun zərərli olub-olmadığını yoxlamaq mümkün olacaq.

Bildirilir ki, yeni funksiya virtuallaşdırma texnologiyasından istifadə edir. İstifadəçi faylı açarkən "Windows 10" sistemi avtomatik olaraq çox sadə virtual maşın yaradır. Potensial zərərverici proqram təminatı bağlı, birdəfəlik konteynerin daxilində yoxlanılır.

"Windows Sandbox" təcrid olunmuş mühiti əsasən korporativ istifadəçilər üçün nəzərdə tutulub. Bu funksiya gələn ilin əvvəlində "Windows 10 Pro" və "Windows 10 Enterprise" sistemlərinin peşəkar versiyalarında tətbiq ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
543 618 550 468 488 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.