Günay İbrahimli məhkəmədə uduzdu - 100 min manat...

Günay İbrahimli məhkəmədə uduzdu - 100 min manat...
Xəbər verdiyimiz kimi, müğənni Günay İbrahimli criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət etmişdi.

Ötən gün Yasamal rayon Məhkəməsində baş tutan məhkəmədə ifaçının jurnalistə qarşı 100 min manatlıq təzminat iddiası rədd edilib. Bu barədə jurnalist Anar Məməmmədov özü məlumat yayıb.

Xatırladaq ki, G. İbrahimli ona və keçmiş sponsoru Nuriyyə Əhmədovaya qarşı müştərək qaydada şərəf və layəqətin alçaldılması iddiası ilə 100 min manatlıq təzminat davası açmışdı. Faktla bağlı yerli mətbuatda da yazılar dərc edilmişdi. Həmin yazılardan bəzilərini criminal.az saytı tirajlamışdı. N. Əhmədova Günay İbrahimlini dələduzluqda ittiham edib və bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Müğənni isə şikayət əsasında "Bandotdel"ə aparılmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 637 560 492 564 483

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.