Gizli toy edən müğənni: "Həyatımın kişisini tapdım" - VİDEO
Amerikalı müğənni Mayli Sayrusla avstraliyalı aktyor Liam Hemsvortun toyunun fotoları yayılıb.
Loading.Az TMZ-yə istinadən bildirir ki, 26 yaşlı müğənni ilə 28 yaşlı aktyorun toyu ABŞ-ın Tennesi ştatındakı Franklin şəhərində olub.
Mediadan gizli saxlanmış toyda bəylə gəlinin valideynləri, qohumları və dostları iştirak ediblər.
Toy barədə ilk məlumatı Konrad Karr verib. O, mərasimdə çəkilmiş fotolarla videonu İnstagram profilində paylaşıb.
Daha sonra faktı Mali Sayrus təsdiqləyib.
Mayli Sayrus və Liam Hemsvort 2009-cu ildə, "The Last Song" filminin çəkilişlərində tanış olmuşdular. 2013-cü ildə ayrılan ikili üç il sonra münasibətlərini bərpa ediblər. L.Hemsfort sevgilisinə nişan üzüyü də vermişdi.
Tennesi ştatındakı evi Mayli Sayrus 2017-ci ilin avqust ayında 5,8 milyon dollara almışdı.
Mayli Sayrusun dediyinə görə, Malibuda 2,5 milyon dollarlıq villası yananda Liam ona çox yardım edib: "O vaxt anladım ki, həyatımın kişisidir. Həyatımın kişisini tapdım".
Müğənninin dediyinə görə, Yeni İl bayramından sonra "bal ayı"na yollanacaqlar.