Esmeralda

Esmeralda İslam Dini 2-01-2019, 14:57

“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?

“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?
Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə "təkbirətul-ehram" deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür.

Loading.az islaminsesi.info-ya istinadən bildirir ki, namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.

Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir.

Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir.

Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi?

Cavab:

Ayətullah İmam Xomeyni:

Müstəhəbdir ki, birinci təkbir və namaz əsnasında olan təkbirlər zamanı əllər qulaqların müqabilinə qaldırılsın.

Ayətullah Xameneyi:

Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir.

Ayətullah Lənkəranı:

Müstəhəbdir ki, namazın birinci təkbirini, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların yuxarısına qədər qaldırsın. Bunun əksi müşküldür, hətta caiz də deyil.

Ayətullah Sistani:

Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz.

Ayətullah Həmədani:

Müstəhəbdir birinci təkbir və digər təkbirlər zamanı əllər qulaqların müqabilinə qaldırılsın.

Ayətullah Behcət:

Müstəhəbdir. Gərək təkbir deyilən zaman əllər qulaqlardan və başdan yuxarı qaldırılmasın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
755 706 785 728 685 750

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.