AzizA

AzizA Sevgi 10-01-2019, 17:00

Səni çəkəcəm gözlərimə

Səni çəkəcəm gözlərimə
Səni çəkəcəm gözlərimə

Səni yenə çəkəcəm gözlərimə... Hər gecə kimi bu gecədə səni düşünəcəm. Birazdan qəzəb

dolacaq gözlərimə… Bir saqaret yandırıb boğarcasına ürəyimi... Ulduzlara asacam rəsmini…

Bir mahnı dolanacaq dilimə, uzaqlardakı sevgilini anladan. "Hanı?! İndi uzaqlardasan,

könül hicranla dolu" deyə başlayan. Ta içimdə hiss edəcəm, əllərimdəki yoxluğunu... Və

doya-doya içimə çəkə bilmədiyim qoxunu. Bir qəzəbin girdabına qapılacaq gözlərim. Tutub

ulduzları tək tək söndürəcəm. Sənsiz ömrün təqvimindən... Bir şamı daha söndürəcəm. Sabah

olacaq... O, möhtəşəm heybətiylə, yenə! Həm də yenə başlayacaq sənsizlik.

Mavisinə sarılacaq günüm… Bax bu mənəm, bir ömür həyatı belə sürəcək olan. Bilirəm, sən

yenə oyanacaqsan… Hər zaman ki, vurdum eşitməz…

Və vecsiz halınla qoyacaqsan başını yastığa. Saçların dağılacaq... Susub, kimsələr görməsin

deyə içindəki məni, bildiyin bütün səsli hərfləri unudacaqsan. Mənimsə yenə qəzəb dolar

içimə, gözlərimə... Sabaha çatmadan unutmaq üçün səni. Andlar edəcəm özümə. Hər

sabah, səmanı öpdüyündə günəş... Yeni bir ümidlə səni yenidən çəkəcəm

gözlərimə...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
725 762 704 662 623 742

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.